QafqazNews Manset.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda bu axşam daha doqquz qarşılaşma keçiriləcək.

Azərbaycan çempionu “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 00:00-da başlanacaq matçı İctimai Televiziya canlı yayımlayacaq.

Saat 21:45-də start götürəcək Türkiyənin “Fənərbaxça” və İngiltərənin “Liverpul” komandaları arasındakı görüş isə CBC Sport-da canlı göstəriləcək.