QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyası ötən həftə keçirilən parlament seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb.
120 yerlik parlamentdə müxalifət partiyaları 67 mandat, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok isə 53 mandat əldə edib.
Müxalifətə verilən yerlərin 48-i keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun “Yashar” partiyası ilə ittifaqda olan siyasi qüvvələrə məxsusdur. Qalan 19 mandat üçpartiyalı koalisiyaya daxil olan “Ortaq Siyahı” və “Ra'am” partiyalarının rəhbərlik etdiyi ərəb siyasi qüvvələrinə çatıb.
Beləliklə, nə Netanyahu, nə də Ayzenkot başqa siyasi blokların dəstəyi olmadan hökumət qurmaq üçün lazım olan 61 mandatı toplayıb.