QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında GAS HUSKY adlı qaz daşıyan gəmi batıb.

Gəmi ötən gecə radarların ekranından itib, bu gün səhər isə ondan siqnal alınıb.

Bolqarıstan Hərbi Hava Qüvvələrinin Su-25 təyyarəsi sahildən təxminən 50 dəniz mili uzaqlıqda içərisində insanların olduğu xilasedici sal müəyyən edib.

Hadisə yerinə helikopterlər göndərilib. Gəminin ekipaj üzvlərini xilas etmək üçün əməliyyat davam edir.