QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradın yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
İlkin məlumata əsasən, Serbiya Silahlı Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsi yerə çırpılıb. Qəza yerində yanğın başlayıb, dağıntıların üzərindən sıx qara tüstü yüksəlib. Pilotun həlak olması barədə məlumatlar yayılsa da, bu xəbər hələ rəsmi şəkildə təsdiqlənməyib.
Təyyarənin Nova-Pazova və Stara-Pazova yaşayış məntəqələri arasındakı ərazidə qəzaya düşdüyü bildirilir. Hadisənin səbəbi barədə hələ məlumat yoxdur.
Əraziyə yanğınsöndürənlər, polis, hərbi polis və təcili tibbi yardım briqadaları göndərilib.