QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Beşiktaşın Fildişi Sahilli sol beki Kassoum Ouattara, klubunun UEFA Avropa Liqasının beşinci turunda Gürcüstanda qəbul etdiyi İsrail təmsilçisi Hapoel Beer-Sheva üzərindəki 2:1 qələbəsindən sonra tribündən götürdüyü Fələstin bayrağını stadiondakı UEFA yazısının üstünə asıb.

Matçın sonunda Ouattara Instagram hesabında "Bütün əzilən insanlar üçün!" paylaşımı edib.

Beşiktaşlı futbolçular qələbəni meydançanın küncündə, kapitan Orkun Kökçü rəhbərliyində tribunada açılan "İşğala etiraz, Fələstinə azadlıq" yazılı pankartın qarşısında qeyd ediblər. Ouattara da tribündən götürdüyü bayrağı sahə kənarındakı UEFA lövhəsinin üstünə yerləşdirib.