QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi ilə “Azadlıq prospekti” metro stansiyasını birləşdirən 203 nömrəli marşrut üzrə avtobus parkı yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, noyabrın 6-dan xəttə CNG texnologiyası ilə işləyən, ekoloji cəhətdən təmiz və müasir beş avtobus buraxılacaq.

Nəqliyyat vasitələri 10-12 dəqiqəlik intervalla hərəkət edəcək. Marşrutda ödəniş nağdsız formada qəbul olunur, gediş haqqı 0,60 AZN-dir.