QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh dövründə orduda baş verən ölüm halları ilə razılaşmayacağını bildirib.

O, hadisələrlə bağlı səsləndirilən izahatların qənaətbəxş olmadığını vurğulayıb və mövqeyini həmkarlarına açıq şəkildə çatdırdığını qeyd edib.

“Baş verənləri kənardan izləyə bilmərik. Hər şeyin izahı var, amma bu izahlar bizi qane etmir. Mövqeyim aydındır, bu vəziyyətlə barışmayacağam”, – Paşinyan deyib.