QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda bina uçub. Hadisə nəticəsində dağıntıların altında qalan iki nəfər ölüb, 17 nəfər yaralanıb.
Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) rəsmiləri bildiriblər ki, çökmə dünən yerli vaxtla saat 16:01-də Bruklinin mərkəzində, Nyukirk və Flatbuş prospektlərinin arasındakı ərazidə baş verib.
FDNY komissarı Lillian Bonsignore xilasetmə əməliyyatının uzun müddət davam edə biləcəyini deyib.
Onun sözlərinə görə, bina çökən zaman xilasetmə işləri ciddi təhlükə daşıyır və hər addım öncədən planlaşdırılır. Bonsignore bunun həm zərərçəkənlərin vəziyyəti, həm də əməkdaşların təhlükəsizliyi üçün vacib olduğunu bildirib. O, yanğınsöndürənlərin günortadan sonra hadisə yerinə çatdıqları vaxtdan etibarən fasiləsiz, planlı şəkildə işlədiklərini qeyd edib.