QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin ilk doqquz ayında apardığı yoxlamalar zamanı 1 500 obyektdə qida təhlükəsizliyi üzrə texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığını müəyyən edib.
Nöqsan aşkarlanan müəssisələr arasında 125 şadlıq evi, 7 mərasim evi, 171 dönərxana və 22 keytrinq müəssisəsi var.
Yoxlamalarda ciddi pozuntular üzə çıxan 246 obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA-nın açıqlamasına görə, iaşə məkanlarında əsasən məhsulların hazırlanması zamanı çarpaz çirklənmənin qarşısını almaq üçün zəruri sahələrin olmaması, sanitariya qaydalarının pozulması, eləcə də HACCP və izlənilmə sistemlərinin tətbiq edilməməsi qeydə alınıb.