QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar COP31 çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası ilə imzalanan anlaşma memorandumu barədə məlumat verib. O, paylaşımını “X” sosial şəbəkəsindəki hesabında edib.

Bayraktarın bildirdiyinə görə, Çinlə əməkdaşlıq təxminən 15 milyard dollarlıq investisiyanı əhatə edir. Planlara ümumi gücü 7 min meqavat olan günəş və külək elektrik stansiyalarının, yeni enerji saxlama sistemlərinin, həmçinin 4 min meqavatlıq elektrik ötürücü infrastrukturunun qurulması daxildir.

Nazir əməkdaşlıq çərçivəsində bərpaolunan enerji istehsalının artırılması, enerji saxlama imkanlarının genişləndirilməsi və elektrik ötürücü şəbəkəsinin inkişafı üzrə mühüm layihələrin reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib.