QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham edilən Türkər Əliyevaya qarşı daha iki maddə üzrə də ittiham irəli sürülüb. O, general-mayor Natiq Əliyevin qızıdır.
İstintaqa görə, Sumqayıt Şəhər Prokurorluğunda Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yanaşı, 32.4-cü maddədə nəzərdə tutulan cinayətdə iştirakçılıq və 313-cü maddədəki vəzifə saxtakarlığı ilə də təqsirləndirilir.
Sumqayıt Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatını nəzərdən keçirib. Hakim Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Türkər Əliyevanın ev dustaqlığında saxlanılması barədə qərar verilib.
Türkər Əliyeva əvvəllər moderator kimi çalışıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətindən sonra Sumqayıt Şəhər Prokurorluğu cinayət işi başladıb. Əliyeva istintaqa cəlb olunaraq saxlanılıb.