QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun Bruklin rayonunda binanın qismən çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, azı 19 nəfər yaralanıb. Bu barədə şəhərin meri Zöhran Mamdani məlumat verib.
Nyu-York Yanğınsöndürmə Departamentinin bildirdiyinə görə, xəsarət alanlar arasında qurumun üç əməkdaşı var. Yaralılardan dördünün vəziyyəti kritikdir. Beş nəfər ciddi, lakin həyati təhlükə yaratmayan, 10 nəfər isə yüngül xəsarət alıb.
Bruklində yaşayış və kommersiya sahələrinin yerləşdiyi üçmərtəbəli bina qismən uçaraq yanındakı tikinti meydançasının üzərinə çöküb.
Nyu-York Tikinti Departamenti açıqlayıb ki, may ayında çökmüş binanın yaxınlığındakı tikinti sahəsində bir neçə qayda pozuntusu aşkarlanıb. Pozuntulara işləri dayandırmaq barədə göstərişə baxmayaraq tikintinin davam etdirilməsi, qonşu obyektlərin düşən əşyalardan lazımi qaydada qorunmaması və təsdiqlənmiş layihə çertyojlarından kənara çıxılması daxildir.