QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 6-da saat 13:10 radələrində zəhərlənmə şübhəsi olan üç nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlardan biri qadın, ikisi kişidir.
TƏBİB-in bildirdiyinə görə, xəstələrə lazımi tibbi xidmət göstərilib və müalicələri xəstəxanada davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Ağstafa rayonunda yaşayan bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, onlar yeməkdən sonra özlərini pis hiss ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.