QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Prosesin baş tutacağı tarix kimi noyabrın 3-ü müəyyən edilib.
Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri yaxın 2 milyon manat olan fərdi yaşayış evləri, Lexus markalı avtomobil və müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib. Ali Məhkəmə müsadirə ilə bağlı qərarda qanunsuzluq olmadığını əsas gətirərək şikayəti rədd edib. Bakı Apellyasiyaya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.