QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İranda qadağalara baxmayaraq, gənclər Halloween şənlikləri təşkil edib. Hakimiyyət bu bayramı “Qərb mədəniyyətinin zərərli təsiri” kimi dəyərləndirib. Tehranın İranşəhr küçəsində toplanan gənclərə polis və SEPAH-a bağlı “Bəsic” qüvvələri müdaxilə edib; bir neçə nəfərin döyüldüyü və saxlanıldığı bildirilir. Qəzvin əyalətində Halloweenlə əlaqəli 19 müəssisə möhürlənib. Yəzd və Ərdəhan şəhərlərində də tədbir məkanları bağlanıb, təşkilatçılar polisə çağırılıb. Rəsmi qurumlar bu addımları ölkənin dini, mədəni və sosial dəyərlərini qorumaq məqsədi ilə açıqlasa da, sərt tədbirlər yerli mətbuatda və ictimaiyyət arasında narazılıq və tənqidlərə səbəb olub.