QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Nvidia-nın baş direktoru Censen Huang vəzifəsini tərk edib. Şirkətin idarəçiliyini müvəqqəti olaraq maliyyə direktoru Kollett Kress həyata keçirəcək.
Noyabrın əvvəlində Huangın çinli iş qadını Elis Huangla münasibətdə olduğu iddia edilmişdi. Eyni soyadı daşıyan Elis Huang Sinqapurda fəaliyyət göstərən, Nvidia çiplərinin satın alınması ilə məşğul olan “Megaspeed” şirkətinin təsisçisidir.
ABŞ-ın xüsusi xidmət orqanları Elis Huangın Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyindən şübhələnib. Pekin bu iddiaları qəbul etməyib.
Bundan sonra Nvidia-nın hazırkı və keçmiş beş əməkdaşına istinadla Censen Huangın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti, 48 yaşlı Kimberli Pauelllə də münasibətdə olduğu barədə iddialar yayılıb. Pauellin birbaşa Huangın tabeliyində çalışdığı bildirilib.