QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Cənubi Afrikada gecə saatlarında baş verən iki ayrı silahlı hücumda 17 nəfər həlak olub. Hadisələr ölkənin müxtəlif əyalətlərində qeydə alınıb.
Qautenq əyalətində, Pretoriyanın qərbindəki Attericvil bölgəsinin Ceffsvil yaşayış massivində bir daxmaya silahlı hücum edilib. Nəticədə 6 kişi və 3 qadın güllələnərək öldürülüb.
Hücumun səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə əlaqədar heç kim saxlanılmayıb.