QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, NASA-nın DART aparatı 2022-ci ildə Dimorphos asteroidinə çırpılaraq onun səthində stadion böyüklüyündə krater əmələ gətirib. Avropa Kosmik Agentliyinin Hera aparatının görüntüləri zərbənin asteroidin həm formasını, həm də hərəkətini dəyişdirdiyini göstərir.
DART 2022-ci ilin sentyabrında Dimorphosa toqquşub. Zərbədən sonra asteroidin daha böyük Didymos ətrafında bir dövrə vurması üçün tələb olunan vaxt 33 dəqiqə azalıb.
Toqquşma Dimorphosun fırlanmasına da təsir edib: asteroid nəzarətsiz fırlanmağa başlayıb.
Hera yaxın aylarda Dimorphosun səthini və daxili quruluşunu daha dərindən öyrənəcək. Missiyanın toplayacağı məlumatlar gələcəkdə Yer üçün təhlükə yarada biləcək asteroidlərin trayektoriyasını dəyişdirmə üsullarının hazırlanmasına yardım edəcək.