QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, OpenAI-nin OpenWorks proqramı kiçik müəssisələrin süni intellekt həllərindən istifadəsinə dəstək vermək və müstəqil mütəxəssislər üçün gəlir imkanı yaratmaq məqsədi daşıyır. Proqrama qoşulanlara ay ərzində 8 min dollaradək ödəniş ediləcək.
İlk mərhələdə ABŞ-də reallaşdırılacaq təşəbbüs çərçivəsində mütəxəssislər kiçik bizneslərə avtomatlaşdırma, müştərilərlə əlaqələrin idarə olunması və məzmun hazırlanması üzrə məsləhət xidmətləri göstərəcəklər.
Müəssisələr bu xidmətlərdən ödənişsiz istifadə edə, həmçinin ChatGPT Business paketinə üç ay boyunca pulsuz abunə ola biləcəklər. Mütəxəssislərin çəkdiyi xərcləri OpenAI ödəyəcək.