QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “X” platforması 13-17 yaşlı yeniyetmələrin valideynləri üçün nəzarət alətlərini istifadəyə verib. Bu funksiyalar övladların tətbiqdə keçirdiyi vaxtı və qarşılarına çıxan məzmunu tənzimləməyə imkan yaradır.
Valideynlər yeniyetmələrin platformada nə qədər vaxt keçirdiyini izləyə və gündəlik istifadə həddi təyin edə biləcəklər. Video və digər məzmun üzrə tövsiyələri uşağın izlədiyi hesablarla məhdudlaşdırmaq, konkret sözləri filtrləmək, həmçinin həssas məzmunun göstərilməsinin qarşısını almaq mümkün olacaq.
Nəzarət imkanları şəxsi yazışmalara şamil edilmir: valideynlər mesajları oxuya, axtarış və baxış tarixçəsini görə bilməyəcəklər. Həmçinin uşaqlarının hesabına daxil olmaq və onların adından paylaşım etmək imkanı nəzərdə tutulmayıb.