QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda tibbi cihaz və materialların satışı ilə məşğul olan “Medsnab” MMC bu ay fəaliyyətini dayandırıb. Şirkət dörd il fəaliyyət göstərib.
“Medsnab” kardiologiya üçün stent, balon və digər qabaqcıl tibbi avadanlıq və sərf materiallarının satışı, eləcə də distribusiyası sahəsində çalışırdı. Cəmiyyət 2022-ci ilin noyabrında 10 manat nizamnamə kapitalı ilə yaradılıb, satışa isə həmin ilin dekabrında başlayıb. MMC-nin direktoru Azər Şiriyevdir.
Ötən il şirkət Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalının ehtiyacları üçün elan etdiyi tenderin qalibi olub. Tender çərçivəsində transkateter üsulla aorta qapağının implantasiyası (balloon expandable) və koronar angioqrafiya üçün xüsusi tibbi sərf materiallarının alınması nəzərdə tutulub. Bu məqsədlə “Medsnab” MMC ilə 2,4 milyon manatlıq müqavilə imzalanıb.