QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, arıqlama məqsədilə istifadə olunan bəzi dərmanlar görmənin itirilməsi ilə nəticələnə biləcək vəziyyətin yaranma ehtimalını artıra bilər.

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) nümayəndələri preparatların qeyri-arterial ön işemik optik neyropatiya riskini yüksəldə biləcəyi barədə məlumat yayıblar.

FDA-nın açıqlamasında bu nadir xəstəliyin bir gözdə görmə qabiliyyətinin qəfil və ağrısız şəkildə zəifləməsinə, hətta tam itirilməsinə yol aça biləcəyi bildirilib. Vəziyyət ağrı olmadan da inkişaf edə bilər.

Administrasiya arıqlama dərmanlarının istehsalçılarından məhsul məlumatlarına mümkün ağırlaşmalarla bağlı xəbərdarlıqlar əlavə etməyi tələb edir.