QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, torpaqları tullantılarla çirkləndirən və münbit qatını korlayan şəxslər yüksək məbləğdə cərimə ilə üzləşə bilər. Hüquqi şəxslər üçün cərimə 10 min manatadək çatır.

Torpaqların, o cümlədən meşə fondu ərazilərinin tullantılar, kimyəvi maddələr və çirkab sularla çirkləndirilməsi, həmçinin bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulması fiziki şəxslər üçün 500-800 manat, vəzifəli şəxslər üçün 2 000-2 500 manat, hüquqi şəxslər üçün isə 7 500-10 000 manat cərimə ilə nəticələnə bilər.

Torpağın və meşə fondu torpaqlarının münbit qatına zərər vurulmasına görə fiziki şəxslər 600-1 000 manat, vəzifəli şəxslər 2 000-3 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimələnə bilər.