QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kakalos kəndində yaşayan 84 yaşlı Mirzəcan Hüseynov Gəncədəki hərbi hissələrdən birində keçirilən nəvəsinin andiçmə mərasiminə qatılıb, lakin tədbirdən sonra ondan xəbər alınmayıb.

Yaşlı kişinin itkin düşməsi barədə polisə müraciət edilib. O, yoxa çıxdığı vaxt qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyinib.

Mirzəcan Hüseynovu görən və ya yeri barədə məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

DİN-in mətbuat xidmətinin regional qrupunun bildirdiyinə görə, 84 yaşlı kişinin naməlum istiqamətdə getməsi və itkin düşməsi ilə bağlı ailəsi polisə müraciət edib. Hüseynov axtarışa verilib, onun tapılması üçün polis tədbirlər görür.