QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qusar rayonunun Laza kəndində son illərin ən çox yağıntısı qeydə alınıb. Bölgədə hava şəraitinin kəskin dəyişməsi güclü yağıntılarla müşayiət olunub.
Dağlıq ərazidə gecə saatlarında havanın temperaturu mənfi 12 dərəcəyədək enib. Şiddətli şaxta və intensiv yağıntı sakinlərin gündəlik işlərinə, eləcə də təsərrüfat fəaliyyətinə müəyyən çətinliklər yaradıb.
Mütəxəssislərin bildirdiyinə görə, qış mövsümü bölgədə sərt keçməyə vaxtından əvvəl başlayıb.