QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bolqarıstanda “Trakiya” avtomagistralında baş vermiş ağır yol qəzalarına görə milli matəm elan olunacaq.
Baş nazir Rumen Radevin bildirdiyinə görə, faciə qurbanlarının xatirəsi noyabrın 11-də yad ediləcək və həmin gün ölkədə milli matəm günü olacaq.
İlkin məlumatlara əsasən, hadisələr Yambol vilayətinin yaxınlığında qeydə alınıb. Sıx duman və görmə məsafəsinin kəskin azalması 80-dən artıq avtomobilin iştirak etdiyi iki ayrı zəncirvari qəzaya səbəb olub.
Son məlumatlarda qəzalarda 12 nəfərin həyatını itirdiyi, 50-dən çox insanın isə yaralandığı bildirilir.