QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu ölkədəki fəaliyyəti və qazancı barədə danışıb.

Uzun illər əvvəl ailəsi ilə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlama verib. Məmmədoğlu ABŞ-nin müxtəlif ştatlarında toy və ad günlərinə dəvət olunduğunu, tədbirlər üçün səfər etdiyini söyləyib.

Müğənni Nyu-Yorkda isə öz restoranında işlədiyini bildirib: “Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm”.