QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Fənərbağça”nın futbolçusu Romelu Lukaku Belçika millisindəki çıxışını başa vurub.
33 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında açıqlayıb. O, yığmada keçirdiyi 16 ili möhtəşəm təcrübə kimi dəyərləndirib.
“Bu 16 il ərzində milli komanda üçün əlimdən gələni etdim. Bütün mümkün emosiyaları yaşadım. Möhtəşəm komanda yoldaşlarımla oynadım. Məni daim inkişafa təşviq edən və komandaya kömək üçün mənə güvənən bütün məşqçilərə təşəkkür edirəm. Bu, möhtəşəm bir yol idi və hər anından zövq aldım”, – Lukaku bildirib.
O, Belçika millisinin azarkeşlərinə də minnətdarlığını çatdırıb. Hücumçu yığmanın heyətində dörd dünya çempionatında və üç Avropa çempionatında iştirak edib.
Lukaku Belçika millisində ilk oyununu 2010-cu il martın 3-də Xorvatiyaya qarşı keçirib. Milli komandanın heyətində 135 qarşılaşmada 94 qol vuran futbolçu yığmanın tarixində ən çox fərqlənən oyunçu olub. O, 2018-ci ildə Rusiyada təşkil edilən dünya çempionatında Belçika ilə bürünc medal qazanıb.