QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin rəhbərliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışının noyabrın 13-də keçirilməsi qərara alınıb.

İş üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi aparıb. Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətləri nəzərdə tutan 278.1-ci maddəsi ilə yekun ittiham verilib. Onlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində həbs olunublar.