QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi keçirilir.
Mərasimə Mədəniyyət Nazirliyinin əməkdaşları, incəsənət nümayəndələri, Şabanovanın ailə üzvləri və yaxınları qatılıb.
Elmira Şabanova noyabrın 25-də 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunacaq.