QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi təyin olunan Emre Belözoğlu klubla müqaviləyə imza atıb.

İsmail Kartalla yollar ayrıldıqdan sonra bu vəzifəyə gətirilən Belözoğlu üçün “Chobani” stadionunda imza mərasimi təşkil olunub.

Mərasimdə klubun idarə heyətinin üzvləri Cihan Kamer və Önder Fırat da iştirak ediblər.