QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunda keçirilən növbəti oyunda “Neftçi” doğma meydanda “Kəpəz”lə qarşılaşıb.

“Palms Sports Arena”da baş tutan matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolun müəllifi 67-ci dəqiqədə fərqlənən Alen Şkribek olub.

Qələbə qazanan “Neftçi” 24 xalla turnir cədvəlinə başçılıq edir. “Kəpəz” isə 17 xalla beşinci sıradadır.

Vətən müharibəsində əldə olunan Qələbənin altıncı ildönümü münasibətilə Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” adlandırılıb. Qərara uyğun olaraq, noyabrın 6-dan 8-dək keçiriləcək hər oyundan əvvəl Azərbaycanın Dövlət Himni səsləndiriləcək.

Turun açılış oyununda “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. “Zəfər turu” noyabrın 8-də başa çatacaq.