QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci liqasında keçirilən oyunda öz qapısına qol vurub.

“Bursaspor”un heyətində çıxış edən Bayramov “Antalyaspor”la səfər qarşılaşmasında avtoqola imza atıb. Bu, ilk hissəyə əlavə edilmiş 6-cı dəqiqədə qeydə alınıb və hesab 1:1 olub. Görüş həmin nəticə ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Toral Bayramov 79-cu dəqiqədə əvəzlənib.