QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada doğru buraxılmış iki raket havada məhv edilib.

Raketləri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya zərərsizləşdirib. Məlumata görə, hücumu Yəməndə fəaliyyət göstərən husilər, yəni “Ənsar Allah” hərəkatı həyata keçirib.

Hadisənin baş verdiyi vaxt, eləcə də mümkün xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.