QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Gəncədə fəaliyyət göstərən dörd tibb müəssisəsində yoxlamalar zamanı ciddi qanun pozuntuları qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət departamentinin həyata keçirdiyi araşdırmalar təxminən 15 gün davam edib.

Pozuntular Zülfüqar Məmmədov adına Gəncə şəhər 3 saylı Xəstəxanada və onun nəzdindəki 2 saylı poliklinikada, eləcə də Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində müəyyən edilib.

Müəssisələrin rəhbərlərinə ciddi xəbərdarlıq olunduğu bildirilir. Onlardan bəzilərinin vəzifələrindən azad ediləcəyi gözlənilir.