QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Şəmkirdə abort proseduru zamanı vəfat edən 35 yaşlı Yeganə Əhmədovanın ailəsi ona tibbi yardımın gecikdirildiyini iddia edir.
Yaxınlarının bildirdiyinə görə, Şəmkir sakini hamiləliyini sonlandırmaq üçün rayon ərazisindəki özəl tibb müəssisəsinə müraciət edib. Orada terapevtik və cərrahi müdaxilələrdən sonra vəziyyəti pisləşən qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ailə üzvləri onun bir tibb müəssisəsindən digərinə göndərildiyini, lakin zəruri tibbi yardımın vaxtında göstərilmədiyini deyirlər. Onların sözlərinə əsasən, qadının durumu ağırlaşandan sonra qan köçürülməsinə ehtiyac yaranıb.
Mərhumun yaxınları həkimlərin müdaxiləsinin gecikdiyini düşünür və ölüm hadisəsində tibbi səhlənkarlıq olduğunu iddia edirlər.