QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov Sumqayıtda saxlanıldıqdan sonra 25 sutka inzibati həbs olunub.
Yusifov polis əməkdaşlarının şəhər ərazisində keçirdiyi tədbirlər zamanı tutulub. Onun üzərində narkotik vasitə aşkarlandıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Rasim Yusifova 25 sutka inzibati həbs cəzası verilib. O, həmçinin müvafiq narkoloji dispanserdə qeydiyyata alınıb və məcburi müalicəyə cəlb edilib.