QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı şəhərində müvəqqəti məskunlaşan Şuşa sakini, “Azər-Türk Bank” ASC-də çalışan 40 yaşlı Məmmədov Yasən Tərxan oğlu noyabrın 7-də qəfil vəfat edib.

Hadisə futbol qarşılaşması zamanı qeydə alınıb. Y. Məmmədov meydançada olduğu vaxt ürəktutması keçirərək dünyasını dəyişib.

Ailəli olan mərhumun iki azyaşlı övladı qalıb. Atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır. Yasən Məmmədov tanınmış şəxs Qurban Sadıqovun qaynı oğludur.