QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunda minik avtomobili qəzaya uğrayıb.

İdarəetmədən çıxan maşın yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi yardıma baxmayaraq, yaralılardan biri həyatını itirib.

Digər xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.