QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Biləsuvarda anasının məzarının yaxınlığında ölü tapılan 35 yaşlı Mövlud Mirzəyevin vəfatı ilə bağlı araşdırma aparılır.
Hadisə Xırmandalı kənd qəbiristanlığında qeydə alınıb. Bakıda ailəsi ilə yaşayan Mövlud Firudin oğlu Mirzəyev təxminən bir həftə əvvəl anasının məzarını ziyarət etmək məqsədilə doğulduğu kəndə gəlib.
Yaxınlarının bildirdiyinə görə, kəndə qayıtdıqdan sonra o, hər gün qəbiristanlığa gedərək anasının məzarını ziyarət edib. Mirzəyevin meyiti həmin məzarın yaxınlığında tapılıb.
Onun hansı şəraitdə öldüyü və ölümünə nəyin səbəb olduğu hələ məlum deyil. Mövlud Mirzəyev iki qardaşdan biri olub.
Faktla əlaqədar Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.