QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şəmkirdə baş verən yol qəzasında bir nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.

Qəza Qədimqala-Miskinli-Keçili-Xuluf yolunun Keçili kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq kənardakı ağaca dəyib.

Hadisə yerində 2008-ci il təvəllüdlü Teymur Orucov ölüb. Avtomobili idarə edən 20 yaşlı Vüsal Əmrahov və sərnişin Cahid Rüstəmov xəsarət alıblar. Rüstəmov 2002-ci il təvəllüdlüdür.

Qəza ilə bağlı araşdırma başlanıb.