QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evinə bitişik köməkçi tikilidə partlayış baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri məlumatdan sonra əraziyə cəlb edilib. Yoxlama zamanı sahəsi 10 kvadratmetr olan tikilidə yanğınla müşayiət olunmayan partlayış qeydə alınıb.

Partlayış nəticəsində tikilinin dəhlizində tavanın 4 kvadratmetrlik hissəsi dağılıb, iki nəfər xəsarət alıb. FHN əməkdaşları hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.