QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda 12 Milli Qəhrəman həyatdadır. Ehtiram Əliyevin noyabrın 15-də vəfat etməsi ilə onların sayı 13-dən 12-yə enib. O, uzun sürən xəstəlikdən sonra 54 yaşında, müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Hazırda həyatda olan Milli Qəhrəmanlar Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Vahid Quliyev, Mirzə Quliyev, Fəxrəddin Cəbrayılov, Fariz Qəhrəmanov, Mədət Quliyev, Zabit Quliyev, Fariz Mədətov, Mövsüm Məmmədov, Sahil Məmmədov və İbad Hüseynovdur.

“Azərbaycanın Milli Qəhrəmanı” adı 1992-ci il martın 25-də təsis edilib. Bu ada layiq görülənlərə xüsusi fərqlənmə nişanı — “Qızıl Ulduz” medalı verilir.