QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Mərasimdə Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehtiram Əliyev ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində doğulub. Əliyev Sədərək və Batabat istiqamətlərindəki döyüşlərdə, eləcə də Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib.
1994-cü ilin yanvarında döyüş zamanı yaralanan Əliyev müalicədən sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.