QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Boranı” restoranlar şəbəkəsinin Neftçilər metrosu yaxınlığındakı filialı ilə bağlı şikayət yayılıb.

Şikayətçinin sözlərinə görə, restorana tək gələn müştərinin içəri daxil olmasına icazə verilməyib. Ona yalnız 3-4 nəfərlə gəldiyi halda restoranda əyləşə biləcəyi bildirilib.

Restoran şəbəkəsinin Marketinq şöbəsi isə bu iddiaları təkzib edib. Qurumdan bildirilib ki, filiallara tək gələn qonaqlar üçün hər hansı məhdudiyyət tətbiq olunmur və müştərilər restorana tək, yaxud ailə üzvləri və yaxınları ilə gedə bilərlər.

Şirkətin açıqlamasında məlumatın yanlış olduğu qeyd edilib. Bildirilib ki, hadisənin baş verdiyi vaxt Neftçilər filialında sıxlıq olub, buna görə canlı növbə yaradılıb və müştəriyə boş masa olduqda əyləşdiriləcəyi deyilib.