QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin strateji əhəmiyyət daşıdığını bildirib.

Dövlət başçısı Vyetnamın sosial və iqtisadi sahələrdə sürətli inkişafının beynəlxalq miqyasda tanındığını deyib. O, ölkədə formalaşmış əlverişli investisiya mühitinin dünyanın müxtəlif yerlərindən şirkətlərin marağına səbəb olduğunu vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Vyetnam prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı əlaqələr rəsmən strateji səviyyəyə qaldırılıb. Onun sözlərinə görə, münasibətlər bu qərardan əvvəl də strateji xarakter daşıyıb.