QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Vyetnam Prezidenti To Lam İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə Azərbaycanın inkişafını izlədiklərini bildirib.
To Lam Azərbaycan Prezidentini ölkənin mühüm uğurları münasibətilə təbrik etmək istədiyini deyib və bu nailiyyətləri İlham Əliyevin rəhbərliyi ilə əlaqələndirib.
Vyetnam Prezidenti son illərdə Azərbaycanın ümumi daxili məhsulunun artdığını, əhalinin yaşayış səviyyəsinin yüksəldiyini və ölkənin beynəlxalq mövqeyinin davamlı şəkildə möhkəmləndiyini vurğulayıb. O, Azərbaycanın regionda daim mühüm strateji tərəfdaş hesab edildiyini də qeyd edib.