QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Lənkəranın Veravul kəndində evdə iynə vurulan kişi vəfat edib.
Hadisə noyabrın 10-da saat 16 radələrində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə həyat yoldaşının ona iynə vurmasından sonra şok keçirib. O, az sonra dünyasını dəyişib.
Faktla əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.