QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Fəxri xiyabanı, eləcə də Şəhidlər xiyabanını ziyarət edib.

Fəxri xiyabanda Boçorişvili müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad edib və məzarın üzərinə əklil qoyub.

Daha sonra Şəhidlər xiyabanına gedən Gürcüstan rəsmisi Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həyatını itirənlərin xatirəsini anıb. O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.