QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İtaliyanın “Sampdoriya” klubunda çıxış edən və Azərbaycanın U-21 yığmasının üzvü Lorenso Mezzotero komandasını dəyişə bilər. 18 yaşlı hücumçu “İnter”in maraq dairəsindədir.

İnsayder Nikolo Skiranın yaydığı məlumata görə, “Neradzurra”nın skautları Mezzoteronun oyununu yaxından izləyəcəklər.

Lorenso ötən ay Azərbaycan millisinin əsas komandasına çağırılıb. Zədə aldığı üçün toplanışı yarımçıq tərk edən futbolçunun debütü baş tutmayıb.

Mezzotero cari mövsümdə B Seriyasında 6 qarşılaşmada 4 dəfə fərqlənib. “Neftçi”nin yetirməsi olan forvard 2025-ci ildən “Sampdoriya”da oynayır.